Bakıda evi soyan şəxs tutulub

14 İyul 2014 14:30 (UTC+04:00)

Bakı şəhərində mənzildən oğurluq edən şəxs saxlanılıb. Movqe.az-ın Daxili İşlər nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Qaradağ Rayon Polis İdarəsinin 10-cu Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyulun 13-nə keçən gecə Lökbatan qəsəbə sakini İ. Əliyevin mənzilindən pəncərədən girmək yolu ilə içərisində 7800 manat olan seyf və 1 ədəd mobil telefon oğurlamış Yardımlı rayon sakini Neymət Əlişov yaxalanıb.