Azərbaycanda 1 ailənin 7 üzvü qarpızdan zəhərlənib

14 İyul 2014 15:32 (UTC+04:00)

Sumqayıtda bir ailədə qarpızdan kütləvi zəhərlənmə olub. 


Anspress-in Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, hadisə iyulun 12-də baş verib.


Belə ki, Sumqayıt şəhərində yaşayan Səidə Cabbarova, azyaşlı qızları Fatimə, Zəhra, oğlu Səid, habelə qohumları Aygün Cabbarova, azyaşlı qızları Zeynəb və Xədicə qidadan zəhərləniblər.


Onları xəstəxanaya yerləşdiriblər. Araşdırmalar zamanı ailə üzvlərinin qarpızdan zəhərləndikləri məlum olub.


Qeyd edək ki, ailə üzvlərinin vəziyyəti orta-ağırdı.