Bu ilin hiti olacaq! - VİDEO

14 İyul 2014 17:08 (UTC+04:00)

Elvin Babazadə dinləyicilərə növbəti hitini təqdim etdi.


Gənc olmasına baxmayaraq, sevilən ifaçı Elvin Babazadə yaxın günlərdə "Babavay" adlı qeyri-adi mahnısını yazdırıb.Movqe.az xəbər verir ki, İsrail müğənnisi, Sofi Libermanla "Дай мне шанс" adlı duetdən dərhal sonra enerji dolu müğənni növbəti işini ortaya qoydu. Elvin Babazadə daha çox hit mahnıların ifaçı və müəllifi kimi tanınır. O, eyni zamanda, 2012 və 2013 Avroviziya Milli seçim turlarının iştirakçısı, 2005-ci ildə UNESCO tərəfindən istedadlı uşaqlar üçün keçirilən müsabiqədə  fəxri diplomun sahibi və eyni ildə Türkiyədə keçirilən "Novruz" festivalının mükafatçısıdır.

Bu dəfə də Elvin Babazadə hit mahnılar ənənəsini davam etdirdi. Müğənninin sözlərinə görə, bu mahnı əslində köhnə ərəb mahnısıdır:

"Bu mahnı bir neçə il əvvəl israil müğənnisi Maor Edri tərəfindən ifa edilib, lakin onun versiyasında sözlər demək olar ki, yox idi.  Biz bu mahnıya yenidən həyat verməyi qərara aldıq. Bizim versiya əvvəlkindən tamamilə fərqlidir. O zamanlar " "Ababavay" orta və yaxın şərqdə çox populyar idi və mən inanıram ki, mənim də mahnım Azərbaycanda yayın hitinə çevriləcək."- deyə ifaçı qeyd edib.


İlk dəfə isə"Babavay" Sevil və Sevinc bacılarının apardığı, Xəzər TV-də yayımlanan "Hər şey daxilsəhər şousunda səslənib.

Bu yayın hiti olmağa iddialı olan "Babavay"-ı təqdim edirik.