11 zirehli texnika aldıq (FOTO)
14 İyul 2014 17:24 (UTC+04:00)
Ukraynanın İxracata nəzarət Dövlət Xidməti 2013-cü
ildə xarici ölkələrə satılan silahların və hərbi texnikanın
siyahısını açıqlayıb.
ANS PRESS-in məlumatına görə, bu siyahı BMT-yə
təqdim olunacaq.
Siyahıya görə, 2013-cü ildə Ukrayna Sudan və
Efiopiyaya 20 və 29 T-72 döyüş tankları, Tailanda 42 ədəd
BTR-3Е1/М2/RK/BP, İraqa 34 ədəd BRT-4/K zirehli texnikasını
satıb.
Bundan başqa siyahıda Ukraynanın Azərbaycana 11
BTC-5B, Polşaya 1, Nigeriyaya isə 4 ədəd BTR-3E zirehli texnika
satdığı qeyd edilib.
Niger və Çad ölkələrinə isə Ukrayna 2 və 4 ədəd
Su-25 bombardmançı təyyarələrini göndərib, Rusiyaya isə bir ədəd
Mi-8T hərbi vertolyotu satıb.