Yerə tərəf uçan asteroidin üzərində ehram vardır

15 İyul 2014 08:16 (UTC+04:00)

Şəbəkədə yerləşdirilmiş Yer planetinə tərəf uçan asteroiddən olan təsvirlərdəki qeyri-adi obyekt mütəxəssis və adi internet istifadəçilərini şoka salıb. Unikal obyekt fotoşəkil rejimində NASA mütəxəssislərinin idarə etdikləri peyk aparatı tərəfindən qeydə alınıb.

Xatırladaq ki, bizim planet üçün potensial təhlükəli olan 1999 RQ36 adlı asteroid Sokorro rəsədxanası divarları üzərində dayanan aparat vasitəsilə meteoritlərin axtarışı üzrə layihə çərçivəsində ötən il aprelin 25-də qeydə alınıb. Ehramın dörd küncü var, üstü yastıdır. Künclərdən birində illüminator kimi işıqlı düzbucaqlı ləkə vardır.

Ehram astroid üçün yad cisim kimi görünür- o, başqa materialdan, asteroid isə tam başqa materialdandır. Yəni qara ehram işıq və kölgənin oyunu nəticəsində yaranan relyef və illüziya elementi deyil. Və onun forması təbiətin yaratdığı obyekt üçün də çox uyğun deyildir.

Bəs oradakı nədir? Yadplanetlilərin bazası? Onların faydalı qazıntlar çıxarmaq üçün mədəni? Avtomatik aparat? Yoxsa anabiozda (xarici şəraitin təsirilə orqanizmdə həyat fəaliyyətinin müvəqqəti olaraq dayanması və ya ağırlaşması) olan ekipajın ulduz gəmisi? Hələlik yalnız mülahizələr irəli sürmək olar. Ancaq dəqiq məlumdur ki, obyekt Yerə tərəf istiqamətlənir. Onun hesablanmış çatma vaxtı 2182-ci il güman edilir.

Buna baxmayaraq, alimlər bildiriblər ki, hələlik bu faktın rəsmi təsdiqi yoxdur, çünki peyk vasitəsilə çəkilmiş kadrlarda, mütəxəssislərin fikrincə, qara ehramı xatırladan obyekt haqqında hansısa bir təsəvvür yoxdur.