Beyonce səhnədə əri ilə görün nə etdi - FOTOLAR

14 İyul 2014 18:17 (UTC+04:00)

Musiqi dünyasının ən məşhur cütlükləri olan Beyonce ilə Jay-Z-nin bir müddət öncə ayrıldıqları xəbəri yayılmşdı. Mövqe.az xarici KİV-ə istinadən xəbər verir ki, ötən gün Nyu Cersidə verdikləri konsertdə pis günləri geridə buraxdıqlarını hər kəsə sübut edən cütlük səhnədə sarmaş-dolaş olublar. Beləliklə də, bir-birlərinə iltifatlar yağdıran cüt, mətbuatda çıxan ayrılıq xəbərlərinə cavabı səhnədən vermiş olublar.


Xatırladaq ki, bir müddət öncə Jay-Z -nin Beyonceu aldatdığı, ona xəyanət etdiyi xəbəri yayılmışdı. Həmin xəbərdən sonra isə cütlük birlikdə çıxdıqları turnenin bir neçə konsertini ləğv etmişdi.