Hansı rayon qaz üzünə həsrət qalacaq ?

15 İyul 2014 11:39 (UTC+04:00)

İsmayıllı rayonunun təbii qaz təchizatında məhdudiyyətlər olacaq.

"Azəriqaz" İB-nin İctimaiyyətlə əlaqələr şöbəsindən Movqe.az-a verilən məlumata görə, bu gün 18:00-dək İsmayıllı rayonunun bir hissəsinə təbii qazın verilişində fasilələr yaranacaq. Fasilənin yaranması qaz nəqli sistemində təmir işləri ilə əlaqədardır.