“Bülənt Ərsoy mənə oxşayır”

15 İyul 2014 12:13 (UTC+04:00)

Əməkdar artist Bülənt Ərsoya bənzədilməyinə belə münasibət bildirdi.

Gecce.az xəbər verir ki, bu gün "5/5" verlişinin qonağı olan əməkdar artist Bəsti Sevdiyeva onu türkiyəli həmkarı Bülənt Ərsoya bənzədən aparıcı Zaur Kamala canlı efirdə maraqlı cavabı ilə diqqət çəkib:

 

Sən Allah dayan görək. Bülənt Ərsoy mənə oxşayır. Belə deyirlər ki, "sənə oxşayır". Heç mən istəmirəm mən ona oxşayım, ya o mənə oxşasın. İndi bir iş idi də mahnısını oxumuşam. Mahnı Tarkanın mahnısıdır əslində, Bülənt də oxuyub da.

 

Qeyd edək ki, əməkdar artist bu yaxınlarda Bülənt Ərsoyun repertuarına müraciət edib.