Torpaq həsrəti Dilqəm Kəlbəcərlini əsir saldı-VİDEO

15 İyul 2014 12:18 (UTC+04:00)

Erməni saytlarıı iki azərbaycanlının Dilqəm Əhmədovun və Şahbaz Quliyevin əsir götürüldüyü barədə məlumatlar yayıblar. Həmşinin düşmən tərəf əsir götürülmüş Dilqəm Əhmədovun (Kəlbəcərli) videogörüntüsünü də yayıb. Qeyd edək ki, Dilqəm Əhmədov və Şahbaz Quliyev uzun illərdir ki Kəlbəcərə gedir, Ermənistanın işğal etdiyi doğma yurd yerlərindən videoçəkilişlər edirdilər. Düşmən tərəf bu şəxslərin diversant olduğu barədə məlumatlar yayır, onları ermənilərin ölümündə suçlayır. Halbuki onları bu torpaqlara təhlükəli olsa belə getməyə vadar edən səbəb öz doğma torpaqlarına qovuşmaq həsrəti idi. Movqe.az erməni xüsusi təyinatlılarının Dilqəm Əhmədovu əsir götürdüyü videogörüntünü təqdim edir.