Həbsxanada evləndilər-FOTOLAR
15 İyul 2014 12:52 (UTC+04:00)
Penitensiar xidmətin 3 saylı Istintaq
təcridaxanasında saxlanılan məhkum İsmayılov Vüqar Qədir oğlunun və
yaxınlarının müraciəti əsasında Penitensiar xidmətin rəhbərliyi
onun nigah mərasiminin keçirilməsi üçün müvafiq şərait
yaradıb. Penitensiar xidmətin
İctimaiyyətlə əlaqələr şöbəsindən Movqe.az-a verilən məlumata görə
dövlət qulluqçularının fəaliyyətində
vətəndaş məmnunluğunu təmin edən və son bir il ərzində ölkə
vətəndaşlarının rəğbətini qazanmış "ASAN" xidmətin fəaliyyətindən
azadlıqdan məhrum edilmiş şəxslərin də yararlanmasına şərait
yaradılması məqsədilə Ədliyyə Nazirliyinin Penitensiar xidməti ilə
"Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət
və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi" nin bir gə
hazırladıqları tədbirlər davam etdirilir. Penitensiar müəssisələrdə
saxlanılan şəxslər şəxsiyyət vəsiqələrinin verilməsindən əlavə
"ASAN" xidmət tərəfindən göstərilən nigahın qeydə alınması
xidmətindən də istifadə etməyə
başlayıblar. Penitensiar xidmətin 3
saylı Istintaq təcridaxanasında saxlanılan məhkum İsmayılov Vüqar
Qədir oğlunun və yaxınlarının müraciəti əsasında Penitensiar
xidmətin rəhbərliyi onun nigah mərasiminin keçirilməsi üçün müvafiq
şərait yaradıb. Təcridxananın inzibati binasında 4 saylı Bakı
"AsanXidmət" mərkəzinin qeydiyyat şöbəsinin müdiri Rəşidə xanım
Məmmədova tərəfindən İsmayılov Vüqar Qədir oğlunun vətəndaş
İbrahimova Firəngiz Arazi qızı ilə nigahı qeydə
alınıb. Yeni ailə quran gənclər
yaradılmış şəraitə görə Ədliyyə Nazirliyinin və "ASAN" xidmətin
rəhbərliyinə minnətdarlıqlarını ifadə ediblər.