Öz əmisi oğlunu bıçaqladı

15 İyul 2014 14:05 (UTC+04:00)

Neftçalada əmisi oğlunu bıçaqlayan şəxsi polis tutub

Əmisinin oğluna bıçaqla xəsarət yetirmiş Neftçala rayon sakini tutulub. 

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən anspress-ə verilən məlumata görə, iyulun 14-də Neftçala rayonu ərazisində rayon sakini Böyükağa Samurov münaqişə zəminində əmisinin oğlu İlqar Samurova bıçaqla xəsarət yetirib.


Neftçala rayon polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində B.Samurov tutulub.


Faktla bağlı araşdırma aparılır.