Uşaqların özünəqəsd metodları-Araşdırma

15 İyul 2014 15:51 (UTC+04:00)

Ölkədə uşaqlar arasında intihar hallarının sayı durmadan artır. Daxili İşlər Nazirliyi tərəfindən baş verən intihar hadisələrinin sayı yaş qruplarına görə bölünməsə də, hər gün eşitdiyimiz xəbərlər uşaqların özünəsəqdi ilə bağlı qorxunc statistikanın yarandığından xəbər verir. Vəziyyətin kifayət qədər təhlükəli həddə olduğu barədə çox yazılıb danışılsa da, sosial institutlar bu problemin çözüm yolunu hələki tapa bilməyiblər. Movqe.az uşaqlar arasında intihar hallarının səbəblərini araşdırıb. Müa­sir Təh­sil və Təd­ri­sə Yar­dım Mər­kə­zi­nin proq­ram rəh­bə­ri El­mi­na Ka­zım­za­də de­yir ki, ha­zır­da res­pub­li­ka­nın ək­sər or­ta ümum­təh­sil mək­təb­lə­rin­də psi­xo­loq şta­tı boş­dur. Onun söz­lə­ri­nə gö­rə, hər il bu ştat üz­rə va­kan­si­ya elan olun­sa da, or­ta mək­təb­lə­ri tam ola­raq psi­xo­loq­la tə­min et­mək in­di­yə­dək müm­kün ol­ma­yıb. E.Ka­zım­za­də or­ta mək­təb­lər­də psi­xolq ça­tış­maz­lı­ğı­nın mək­təb­li­lər ara­sın­da in­ti­har hal­la­rı­nın art­ma­sı­na cid­di tə­sir gös­tər­di­yi­ni də söy­lə­di. Eks­per­tin fik­rin­cə, or­ta mək­təb­də psi­xo­lo­qun ol­ma­ma­sı, şa­gird-mü­əl­lim, öv­lad-va­li­deyn, mək­təb­li və kol­lek­tiv mü­na­si­bət­lə­rin­də ya­ra­nan gər­gin­lik və ya­xud hər han­sı bir prob­le­min in­ti­har­la nə­ti­cə­lən­mə­si­nə gə­ti­rib çı­xa­rır: "Mək­təb­də psi­xo­loq şta­tı­nın və­zi­fə­si sa­da­la­nan mü­na­si­bət­lə­ri tən­zim­lə­mək­dən, hə­min ün­siy­yət­lər­də ya­ra­nan prob­lem­lə­ri və an­la­şıl­maz­lıq­la­rı ara­dan qal­dır­maq­dan iba­rət­dir. Mək­təb­də psi­xo­loq ona gö­rə la­zım­dır ki, şa­gird­lər ara­sın­da, ya­xud­da mü­əl­lim­lə-şa­gird ara­sın­da hər han­sı bir an­la­şıl­maz­lıq ya­ran­dıq­da hə­min prob­le­mi yo­lu­na qoy­sun. Bun­dan əla­və mək­təb psi­xo­lo­qu şa­gird­lə­rə ev­lə­rin­də va­li­de­yen­lə­ri ilə ya­şa­dıq­la­rı prob­le­min həl­li­nə də kö­mək­lik gös­tər­mə­li­dir. Psi­xo­loq mək­təb­də hər han­sı bir konf­lik­tin ya­ran­ma­sı­nı da göz­lə­mə­li de­yil. Be­lə hal­la­rın baş ver­mə­mə­si üçün psi­xo­loq mək­təb­li­lər­lə ya­xın­dan iş apar­ma­lı­dır. On­la­rın hər bi­ri­nin prob­le­mi ilə ta­nış ol­ma­lı, ev­lə­rin­də öv­lad-va­li­deyn mü­na­si­bət­lə­ri­nin han­sı müs­tə­vi­də ol­du­ğu­nu öy­rən­mə­li­dir. Əgər hər han­sı bir prob­lem var­sa, dər­hal hə­min şa­gir­də psi­xo­lo­ji yar­dım gös­tər­mə­li­dir".

Am­ma E.Ka­zım­za­də bə­zən psi­xo­loq­la­rın ol­du­ğu mək­təb­lər­də də şa­gird­lə­rə bu cür yar­dım­la­rın gös­tə­ril­mə­di­yi­ni bil­dir­di. Onun söz­lə­ri­nə gö­rə, ha­zır­da or­ta mək­təb­lə­rin ço­xun­da psi­xo­loq şta­tın­da ça­lı­şan­lar adi or­ta mək­təb mü­əl­lim­lə­ri­dir: "On­la­rın ço­xu bir il ix­ti­sas­la­rı­nı də­yiş­dik­dən son­ra mək­təb­də psi­xo­loq ki­mi işə baş­la­yır­lar. Ço­xu bu işin pe­şə­ka­rı ol­ma­dı­ğın­dan, mək­təb­də la­zı­mi sə­viy­yə­də psi­xop­ro­fi­lak­ti­ka işi apa­ra bil­mir­lər. Nə­ti­cə­də psi­xo­loq olan mək­təb­lər­də də şa­gird­lər ara­sın­da özü­nə­qəsd hal­la­rı qey­də alı­nır".

E.Ka­zım­za­də­nin söz­lə­ri­nə gö­rə, bu prob­le­mi ara­dan qal­dır­maq üçün xü­su­si mər­kəz­lər fəa­liy­yət gös­tər­mə­li­dir ki, pe­şə­ka­ra eh­ti­yac ya­ran­dıq­da mək­təb psi­xo­lo­qu şa­gir­di hə­min psi­xo­lo­qun ya­nı­na gön­dər­sin.

Re­gio­nal Psi­xio­lo­gi­ya Mər­kə­zi­nin baş psi­xo­lo­qu Dəyə­nat Rza­yev uşaqlar arasında intihar hallarının artmasında KİV-də zorakılığın təbliğ edilməsinin rolu olduğunu təsdiqləyir: "Əvvəllər uşaqlar onların yaşına uyğun gəlməyən filmlərə belə baxmırdılar. Yəni buna icazə verilmirdi. İndi isə uşağa belə bir qadağa qoymaq mümkün deyil. Çünki xəbərlər proqramında belə azyaşlılar nəzərə alınmadan zorakılığı əks etdirən kadrlar göstərilir. Hətta elə kriminal verilişlər var ki, səhnə dekorasiyası belə nəinki uşağın hətta böyüyün belə psixologiyasına mənfi təsir göstərir".

D. Rzayevin sözlərinə görə, mək­təb­li­lər ara­sın­da in­ti­har hal­la­rı­nın art­ma­sı­nın sə­bə­bi­ isə cə­miy­yət­də aq­res­si­ya­nın art­ma­sı ilə bağ­la­yır: "Yaş­da bö­yük olan in­san­lar aq­res­siv­li­yi­ni çər­çi­və­yə sa­la bi­lir­lər. Mək­təb uşaq­la­rı isə mak­si­ma­list ol­duq­la­rın­dan, aq­res­si­ya­la­rı­nı ci­lov­la­ya­raq nə­za­rət al­tın­da sax­la­ya bil­mir­lər. Bu­nun for­ma­sı­nı isə te­le­vi­zi­ya və in­ter­net­dən gö­tü­rür­lər. Son vaxt­lar cə­miy­yət­də, xü­su­si­lə uşaq­lar ara­sın­da aq­res­si­ya­nın art­ma­sı­na sə­bəb pla­net­də in­san­la­rın gər­gin­lik içə­ri­sin­də ol­ma­sı ilə bağ­lı­dır. Ai­lə­də və cə­miy­yət­də bu­nu gö­rən uşaq­lar­da aq­res­si­ya ar­tır. Dep­re­siv ha­lar da aq­res­siv hə­rə­kət­lə mü­şa­yət olu­nur. Uşaq çox vax­tı­nı ai­lə­də və mək­təb­də ke­çir­di­yin­dən, hər iki tə­rəf­də gör­dük­lə­ri onun psi­xo­lo­gi­ya­sı­na cid­di tə­sir gös­tə­rir. Mək­təb­lər­də psi­xo­loq ol­ma­dı­ğın­dan, mək­təb­li­nin aq­res­si­ya­sı özü­nə­qəsd­lə nə­ti­cə­lə­nir".

D.Rza­yev de­yir ki, bu­nun qar­şı­sı­nı al­maq üçün ilk növ­bə­də or­ta mək­təb­lər­də şa­gird­lər ara­sın­da aq­res­siv­li­yi ilə se­çi­lən uşaq­lar­la söh­bət apa­rıl­ma­lı­dır: "Mək­təb­lər­də psi­xo­loq test üsu­lu ilə aq­res­siv uşaq­la­rı mü­əy­yən edib on­lar­la qrup­pa və in­du­vu­dal şə­kil­də iş apa­rıl­ma­lı­dır. Bu­nun­la uşaq­lar ara­sın­da aq­res­siv­li­yin art­ma­sı­nın qar­şı­sı­nı xey­li al­maq müm­kün­dür. Am­ma çox tə­əs­süf ki, Azər­bay­can­da bü­tün mək­təb­lər­də psi­xo­loq şta­tı ol­sa da, psi­xo­loq yox­dur. Bə­zi­lə­ri­nin isə psi­xo­lo­ji bi­lik­lə­ri, uşaq­lar­la iş­lə­mək ba­ca­rı­ğı la­zı­mi sə­viy­yə­də de­yil. Bir çox mək­təb­lər­də isə bu şta­tı dol­dur­maq üçün psi­xo­loq ol­ma­sa be­lə, hə­rə öz ta­nı­şı­nı bu va­kan­si­ya­ya yer­ləş­di­rib. Mək­təb­lə­rin ço­xun­da psi­xo­loq­lar uşaq­la­rın so­si­al du­ru­mun­dan, xə­bər­siz­dir­lər. Ona gö­rə də or­ta mək­təb­də psi­xo­lo­qun ol­ma­sı la­zı­mi ef­fek­ti ver­mir".

Mər­kə­zin psi­xo­lo­qu­nun söz­lə­ri­nə gö­rə, qay­da­ya gö­rə, or­ta mək­təb­də psi­xo­loq mü­tə­ma­di psi­xop­ro­fi­lak­ti­ka, psi­xo­gi­gi­ye­na işi apar­ma­lı­dır ki, mək­təb­li­lər ara­sın­da aq­res­si­ya azal­sın. Uşaq­la­rın in­ti­har za­ma­nı da­ha çox özü­nü as­maq me­to­du­nu seç­mə­lə­ri­nə gəl­dik­də isə mü­sa­hi­bim bil­dir­di ki, hər in­sa­nın iş xü­su­siy­yə­ti­nə, ana­to­mik bi­lik­lə­ri­nə uy­ğun ola­raq özü­nə­qəsd me­to­du var: "H­ər­bi­çi­lər da­ha çox öz­lə­ri­ni vu­rur­lar, hə­kim­lər ya dər­man atır, ya da­mar­la­rı­nı kə­sir. Bil­gi­siz in­san­lar da­ha çox öz­lə­ri­ni yan­dı­rır və ya asır­lar. Uşaq­lar isə adə­tən te­le­vi­zi­ya­da gör­dük­lə­ri me­tod­lar­dan is­ti­fa­də edir­lər ki, bu da özü­nü as­ma ilə in­ti­har üsu­lu­dur".