Xəzərin statusu üzrə həllini tapmamış bir çox məsələlər qalıb

8 Aprel 2012 01:19 (UTC+04:00)

Xəzər dənizinin hüquqi statusunun müəyyənləşdirilməsi üzrə həllini gözləyən bir çox məsələlər qalıb. Bu barədə Astanada keçirilən MDB Xarici İşlər Nazirləri Şurasının iclasında Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfov bildirib.

"Düşünürəm ki, 2013-cü ildə də bu proses davam edəcək. Belə ki, hələ işlənməli olan bir çox başlıca məsələlər qalıb", - Xələfov vurğulayıb. Onun sözlərinə görə, hazırda Xəzərin hüquqi statusunun müəyyənləşdirilməsi üzrə işçi qrupu gələcək sənədin hər bəndi üzərində zəhmətli işi davam etdirir.

"Proqnozlarıma görə, növbəti görüş real olaraq bu ilin mayında və çox güman Aşqabadda olacaq. Digər formatlara, yəni həm ikitərəfli, həm də çoxtərəfli formatlara gəlincə, onlar işləyir və prinsipcə, bütün ölkələr qalan məsələlərin tezliklə razılaşdırılmasına maraq göstərirlər", - Xələf Xələfov qeyd edib.