İraq ordusu İŞİD-ə ağır zərbələr endirib

15 İyul 2014 18:28 (UTC+04:00)

İraq ordusu İraq və Şam İslam Dövlətinə ağır zərbələr endirib.


Anspress-in məlumatına görə, bu gün İraq ordusunun hücumu nəticəsində Tikrit şəhəri İŞİD-dən geri alınıb. 


Aparılan hərbi əməliyyatlar nəticəsində şəhərin mərkəzindəki xəstəxana, polis akademiyasının binası, mədəniyyət mərkəzi geri alınıb. İraqın hərbi hava qüvvələri terrorçuların mövqelərini bombalamaqda davam edir.


Hazırda şəhər ətrafında döyüşlər gedir. İraq İslam Şam Dövləti qruplaşmasının 100-dən çox döyüşçüsü məhv edilib.