Deyilən sözlər, verilən vədlər yerinə yetirilir...

15 İyul 2014 11:30 (UTC+04:00)

Masallı  Rayon  İcra  Hakimiyyətinin  Başçısı   Rafil  Hüseynovun  Təzə  Alvadı  kəndindəki  səyyar  görüş - qəbulu  səhər  erkən  başladı.   Rayonun  idarə  və  müəsissə   rəhbərləri,  ərazi  nümayəndələri,  bələdiyyə  sədrləri,  fermer  və  icarədarlar,  jurnalistlər  asvalt  zavodunun  qarşısına  toplaşmışdılar.  Görüşdə  Azərbaycan  Respubilkası  Prezident  Administirasiyasının məsul   işçisi   Vəfadar  Bağırov  da  iştirak  edirdi.  


Tədbir iştirakşıları rayon  rəhbərinin  təklifinə  əsasən  yaxınlıqdakı  çiyələk  plantasiyasına  gəldilər.  Sahənin  sol  və  sağındakı sahəyə  kartof  yığımından  sonra  yay  şumu  vurulmuşdu.  Kefiyyətli  şum  uzaqdan  bilinirdi.  Əslində  belə  olmalıdır:  Yay  şumu  növbəti  əkinə  belə  hazırlanmalıdır.  Ziyanvericilər  məhv  olur,  yay  Günəşi  torpağa  dəyir. Şumun  ortasındakı  dörd  hektarlık   çiyələklik   Hadı  İsmayılova  məxsusdur.   Mən  onu  cavanlıqdan  tanıyıram.  Sovetlər  birliyində   kəndin  rəhbər  orqanlarında  işləmişdi,  ali  kənd  təsərrüfatı ixtisası  almışdır.  Lap  yaxın  vaxtlarda  ölkə  başcısının  sərəncamına  əsəsan  "Tərəqqi"  medalına  layiq  bilinib.  İndi  də  təsərrüfatın  çətin  sahəsi  ilə  məşğul  olur.  Mütərəqqi  metodlardan  istifadə  edir.  Əl  içi  kimi  görünən  çiyələk  plantasiyasına  çiləyicilər  quraşdırılıb...  O,  toplaşanlara   məlumat  verərək dedi  ki,  bu  sahə  ilə  məşğul  olmaq  rayonumuz  üçün cavan   təsərrüfat   sahəsi  sayılır.  Məhsu  iyun  ayından  oktyabr  ayına  kimi   yığılır.  Bu  yerdən  ümumi  məhsulumuz  15-20  ton  olur.  Bütün  aqrotexniki  tədbirlər  və  yığım  20  nəfər  əməkçinin  səyi  ilə  yerinə  yetirilir.   


Geniş  tərkibdə  keçirilən  səyyari  görüşdə  dialoq  oldu.  V.  Bağırov    vurğuladı  ki,  mən  burada  ölkə  rəhbəri  cənab  İlham  Əliyevin  tapşırığına  əsasən  iştirak  edirəm.  Onun  son  vaxtlar  kənd  təsərrüfatı  sahəsində  verdiyi  tapşırıqlara  birbaşa  yerində  baxırıq,  problemləri  öyrənirik.  


-Probleminiz  nədir?- deyə V.Bağırov soruşur.Cavabında H.İsmayılov:


-Məhsulu  saxlamaq  üçün  soyducu    kameralarının  olması  bu  sahə  üçün  vacibdir.  Biz  də  isə  bu  yoxdur.  Bu  elə  məhsuldur  ki,   yığıldı,  həmin  günü  də  alıcıya  çatdırılmalıdır.    Qalsa  kefiyyətini  itirir... 


Vəfadar  müəllim  bu  təklifin   müəyyən  inistansiyalara  qədər  çatdıracağını  bildirdi.  Yenidən  asvalt  zavodun  ətrafında,  palıd  meşəliyin  içərisində  qurulmuş  yerdə  tədbiri  giriş  sözü  ilə  açan Masallı Rayon İcra Hakimiyyətinin başçısı çox hörmətli cənab RAFİL İSRAFİL OĞLU HÜSEYNOV    toplantı  iştirakçılarını  çıxış  etməyə  və  təkliflər  verməyə  səslədi.  O,  dedi  ki,  geniş  auditoriyada  respubilkada  kənd  təsərrüfatı  məsələləri  ilə  məşğul  olan  administirasiya  işçisi,  RİH-nin  şöbələri,  yerli  orqanlarla  idarə   şöbəsinin  işçiləri də   iştirak  edir.  İyulun  17-  də   kənd  təsərrüfatı  məsələlərinə  həsr  olunmuş  şura  iclasında  müzakirə  edəcəyik.  Masallı  ən  böyük  kənd  təsərrüfatı  rayonu  olub.  İndi  də  potansialı  var.  25  min  hektar  torpaq  sahəsi  var.  Torpaq  paylananda  səhflərə  yol  verilib.  Bu  da  acı  bəhrələrini  verməkdədir. Doğma  torpağa  yaxşı  münasibət  bəslənilmir. Problemli  məsələlər  yaranıb  və  uzun  illərdir  davam  edir.  Aqrar-  istehsalat  sahəsində  çətinlik  var.  20-22 min  hektar  sahədə  əkin  əkilməlidir. Torpaqların  50  faizi  yararsız  qalır. Növbəli  əkin  sistemi  yoxdur.  Buna  görə  də  heç  bir  uğurdan  danışmaq  olmaz.   Torpaq  illərlə  əkilmir.  Amma  bu  belə  olmayacaq,  torpaqın  səmərəsi  olmalıdır.Bu işə yaxın vaxtlardan başlayacağıq, tədbirlərimizi həyata keçirəcəyik.  


 Masallı Rayon İcra Hakimiyyətinin başçısı çox hörmətli cənab RAFİL İSRAFİL OĞLU HÜSEYNOV daha sonra dedi:


-Maldarlıq,  xüsusən  camışçılıq  və   çay  plantasiyasının  salınmasından  söhbət  düşdü.  Bu  sahədə  görüləcək  işlərdən  konkret  danışıldı.Çayçılıq  məhv  edilib.  Torpaqlar  sıradan  çıxıb.  Çay  sahələri  dövrüyəyə  buraxılmalıdır.  Bu  sahədə  ilkin  addımlar  atılır.  1200-1400  hektar  sahədə  çay  plantasiyası  salınmasına  çalışacağıq.  


Hacı  Etibar,   Vəli  Muxtarov,  Əzizağa  Lətifov,  Aslan  Cəfərov,  Hüseynağa  Məmmədov  və  başqaları da çıxış  edərək  Masallıda  gedən  uğurlu  tikinti  və  abadlıq  işlərindən  söz  açdılar,  bu  sahədə  Rafil  müəllimin  deyilən   sözlərinin,   verilən  vədlərinin  boşa  getməməsindən, əksinə  yerinə  yetirildiyindən,   ərazilərindəki  problemlərin  həllində  onlara  köməlik  göstərilməsini  xahiş  etdilər.  Rayon  rəhbəri  göstəriş  verdi  ki,    yeni  tikiləcək  məktəblərin  siyahısına  6-cı Mollaoba  kəndinin də adı  salınsın.  


Sonra  söz  Azərbaycan  Respubilkası  Prezident  Administirasiyasının Regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin   məsul   işçisi   Vəfadar  Bağırova  verildi.  O,  Masallı rayon  fəalları  qarşısında  duran  mövcud  məqsəd  və  vəzifələrə aydınlıq gətirdi.