Cəbhədə atəş səsləri eşidilib

16 İyul 2014 10:40 (UTC+04:00)

Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.


Müdafiə Nazirliyinin mətbuat xidmətindən anspress-ə verilən məlumata görə, erməni silahlı bölmələri dünən və bu gecə Ağdam rayonunun Yusifcanlı, Mərzili, Şuraabad, Baş Qərvənd, Füzuli rayonunun Aşağı Seyidəhmədli, Xocavənd rayonunun Kuropatkino, Tərtər rayonunun Çiləbürt kəndləri yaxınlığında və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Silahlı Qüvvələrimizin mövqelərini atəşə tutublar.


Qarşı tərəf cavab atəşi ilə susdurulub.