Qəzza zolağında ölən fələstinlilərin sayı 200-ə çatıb

16 İyul 2014 10:50 (UTC+04:00)

İsrail aviasiyasının Qəzza zolağına endirdiyi yeni hava zərbəsi nəticəsində daha 3 fələstinli ölüb.


Bu barədə France-Presse agentliyinə yerli qəza-xilasedici xidmətinin mətbuat katibi Əşrəf əl-Kudr deyib.

 

Beləliklə, İsrailin Qəzzaya hücumları nəticəsində ölənlərin sayı 200-ə çatıb.

 

Məlum olduğu kimi, iyulun 8-də İsrailin Müdafiə Ordusu Qəzza bölgəsində "Həmas"-a qarşı "Sarsılmaz qaya" əməliyyatının başlanmasını bəyan edib.