Qarabağda vəziyyətin qızışdırılmasında bir məqsəd var

16 İyul 2014 11:02 (UTC+04:00)

Rusiyanın imperiya kampaniyası tam olaraq bloklanıb.Movqe.az xəbər verir ki, bu açıqlama ilə erməni politoloqu Akop Badalyan çıxış edib. O, Ermənistanın öz suverenliyini Rusiyaya satacağını bildirib: "Moskva hazırda küncə dirənib. Bir vədə təhdid kimi istifadə etdiyi siyasət ona qarşı yönəlib. Hətta Azərbaycanla Ermənistanın danışıqlar prosesinə ziyan vurmaq üçün istifadə etdiyi metodların əksəriyyəti uğursuzluqla nəticələnir. Amma istənilən halda Qarabağ ətrafında situasiyanın qızışdırılmasının yalnız bir məqsədi var. Bu da ki, ermənilərdə panika yaratmaqla onun hər zaman olduğu kimi yenidən Moskvaya – Putinə məktubla müraciət etməsinə zəmin hazırlamaqdan ibarətdir. İşin hər yanı həll olunub. Sadəcə olaraq Ermənistanın öz suverenliyini təhvil verməsi təklifinin səsləndirilməsi qalıb. Rusiya Ermənistan elitasına buna görə nəsə ödəməlidir. Bu təklif isə çox bahalı olacaq. Çox güman ki təklif edilib və işin həll olunması üçün peşəkar vasitəçilər cəlb olunub".