Tanınmış azərbaycanlı aktrisa hər kəsdən gizli əməliyyat olundu - ÖZƏL

16 İyul 2014 11:35 (UTC+04:00)
Aktrisa Naibə Allahverdiyeva İstanbul FBM klinikasında həftənin bazar günü əməliyyat olunub. Mövqe.az-a özəl olaraq daxil olan məlumata görə, aktrisa hal-hazırda özünü yaxşı hiss edir. Adının açıqlanmasını istəməyən mənbə həmçinin bildirib ki, aktrisa liposaksiya və blefaroplastika əməliyyatları ( qarın piylərindən götüzdürüb, göz ətrafına vurdurub) etdirib. Əməliyyat olunması xəbərini hər kəsdən gizlətməyə çalışan aktrisanın əməliyyatı uğurlu keçib.