Azərbaycanın xanım deputatı ata mindi
16 İyul 2014 14:47 (UTC+04:00)
Millət vəkili Qənirə Paşayeva atlara olan
sevgisindən yazıb. Movqe.az xəbər
verir ki, millət vəkili eyni zamanda at belində çəkdirdiyi şəklini
də facebook hesabında paylaşıb. "Onlar ən yaxşı dostlardan biri ola
bilir. Söhbət edə bilirsiniz. Bəzən sizi hətta bəzi insanlardan da
yaxşı anlayır. Hətta acı, kədər,mutluluğunuzu belə həmin dəqiqə
hiss edir və paylaşır. Atlar çox həssasdır və yaxşı dostdur. İnsana
hüzur verir. Heyvanlara qarşı qəddar, acımasız hərəkət edən
insanlara qarşı hər zaman barışmaz olmuşam. Heyvanlara qarşı qəddar
olanların insana sevgisinə inanmaram heç zaman. Atlar isə sevgini o
dəqiqə hiss edir və hərəkətləri ilə bunu hiss etdiyini sizə
anladır, qarşılıq verir. Bunu görmək istəyirsinizsə gözlərinə baxın
sadəcə. Heyvanlara qarşı bütün qəddarlıqlara, amansızlıqlara, bunu
törədənlərə qarşı qınaq dolu olmalıyıq hər zaman. Bu gün ona yeni
bir ad da qoydum"
