"Bu gecə necə ibadət etmək daha məqsədə uyğundur" sualına isə Axund belə cavab verib: "Bu gecə səhərə qədər oyaq qalmaq lazımdır. Bugünkü gün insanlar məcidlərə toplaşır, gün batana yaxın qüsul alırlar. Bu günün xüsusi qüsulunu almaq çox böyük savabdı. Səhərə qədər "Quran" oxumaq, namaz qılmaq, dua eləmək savabdı. 2 rükət Qədr gecəsinin xüsusi namazını qılmaq da vacibdir. Təsbehlə zikirlər edilir, yüz salavat çevrilə bilər. İnsanlar hansı duaları bilirlərsə oxuyub, Allahdan bağışlanmaq istəyirlər. Bu ay rəhmət, bərəkət, məxfirət ayıdır. Bu ay oruc tutanlar üçün Allah o dünyada məxfirət, yəni bağışlanmaq qoyubdur. Allah bütün müsəlmanların oruc, namazlarını qəbul etsin".
Axund Buzovna kəndində də bu günün
necə keçirilməsi barədə məlumat verib: "Buzovna kəndində Ramazan
ayı başlayandan bu günə kimi hər gün caamat namazı qılınır. Bu gün
axşam biz də məciddə olacağıq. Qeyd etdiyim əməlləri sakinlərlə
birlikdə həyata keçirəcəyik. Cümə məcdimizdə 500 adamla dua
edəcəyik. Möminlər məciddə səhərə qədər qalıb, dua edib, namaz
qılırlar. Sonra səhərə yaxın imsaq süfrəsi açılır, sübh namazını da
birlikdə qılırıq. Ancaq sübh namazından qabaq Quranı başımıza
qoyub, dua edirik".