4-9 İyul, 2014-cü ildə tarixlərində Kanadanın Toronto şəhərində Beynəlxalq Lions Club Assosiasiyasının illik konvensiyasında Bakı Lions Klubunun bu təşkilata qoşulması münasibəti ilə xüsusi təqdimat keçirilib. Təqdimatda dünyanın əksər ölkələrindən olan 20 minə yaxın konvensiya iştirakçılarının qarşısında Azərbaycan dövlət bayrağı dalğalandırılıb və Azərbaycan Assosiasiyaya qoşulan 209-cu ölkə kimi qeyd edilib. Bakı Lions Klubunun prezidenti Tural Abbasov və klubun üzvlük üzrə komitəsinin sədri Ülkər Piriyeva konvensiyada iştirak etmiş və Beynəlxalq Assosiasiyanın prezidenti Barry Palmer, vitse-prezident Joe Preston və assosiasiyanın digər liderləri ilə görüşlər keçirmişlər.
Görüşlərdə yeni yaranmış Bakı Lions Klubu-nun inkişaf perspektivləri və müxtəlif layihəhələrdə birgə əməkdaşlıq barəsində ilkin razılıq əldə edilmişdir. Bakı Lions Klubnun prezidenti Tural Abbasov Fransanın Lyon şəhərində yerləşən Lions Klub təşkilatı ilə birgə layihə həyata keçirmək üçün razılığa gəlmişlər.
Artıq bir əsrə yaxındır ki, dünyada humanitar ehtiyacların
qarşılanması üçün fəaliyyət göstərən Beynəlxalq Lions Klub
Assosiasiyası bir xidmət təşkilatı kimi humanitar yardım, ətraf
mühit, təbii fəlakətlərin ortadan qaldırılması və digər yerli
ehtiyaclara kömək etmək üçün könüllüləri bir araya gətirən, dünyada
146, 000 yerli təşkilatlardan, 1, 35 milyon üzvü olan dünyanın ən
böyük könüllü təşkilatıdır. Assosiasiya Birləşmiş Millətlər
Təşkilatının yaranmasında yaxından iştirak edən azsaylı beynəlxalq
assosiasiyalardan biridir. Xatırladaq ki, Beynəlxalq Lions Klub
Assosiasiyası Qafqazda, keçmiş post-Sovet məkanında və Türkiyədə
geniş şəbəkəyə malikdir. Azərbaycan isə Bakı Lions Klubun
timsalında bu təşkilata 4 İyun 2014-cü ildə
qoşulmuşdur.