Azərbaycanlı milyarderin bahalı yaxtası (FOTO)
16 İyul 2014 17:34 (UTC+04:00)
Azərbaycanlı milyarder Fərhad Əhmədov yeni bahalı
yaxta satın alıb. Azərbaycanlı milyarder yaxtanı rusiyalı milyarder
Roman Abramoviçdən alıb. Fərhad
Əhmədov özü belə bir yaxta sifariş vermək istəsə də ona yaxtanın
inşasının 4 ilə hazır olacağı bildirilib. Bu səbəbdən milyarder
hazır yaxta satın almağa məcbur olub.
Qeyd edək ki, Roman Abramoviçin 2010-cu ildə
Almaniyanın "Lloyd Werft i Stahlbau Shipyards" şirkətinə sifariş
verərək hazırlatdığı yaxtanın qiyməti 188 milyon dollardır. Bu
dünyanın ən böyük və geniş 19-cu yaxtasıdır. 40 heyət üzvü olan
"Luna"-da 2 vertolyot meydançası, hovuzları var. Pəncərələri güllə
keçirmir, hər yataq otağında kinozalı xatırladan nəhəng
televizorlar var. "Luna" adlı
yaxtanın 7 mühərrik var və hər bir mühərriki 5 min at gücündədir.
Yaxtanın generatorları 17 min əhalini təmin edəcək qədər elektrik
enerjisi istehsal edir. "Luna" yaxtası 115 metr uzunluğundadır.
Yaxta 115 milyon funt sterlinqə hazırlanıb. Yaxta ümumilikdə 50 ton
yük tutumuna sahibdir.
