Polis rəisi xəstəxanaya yerləşdirildi

16 İyul 2014 18:04 (UTC+04:00)
Bakıda polis polkovniki xəstəxanaya yerləşdirilib. Movqe.az-ın məlumatına görə, bu barədə kütləvi informasiya vasitələrində bildirilib. Verilən məlumata görə, Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədov Daxili İşlər Nazirliyinin Arif Heydərov adına Mərkəzi Hospitalında müalicə alır.Məsələyə aydınlıq gətirmək üçün Vaqif Əsədovla əlaqə saxladıq. Polis rəisinin verdiyi məlumata görə, həqiqətən də bir neçə gündür ki, hospitalda müəlicə alır."Ürəyimdə müəyyən ağrılar vardı. Bir neçə gündür müalicə alıram. Əvvəlki günlərə nisbətən indi bir xeyli yaxşıyam. Bir neçə gündən sonra işə çıxacağam", - deyə Vaqif Əsədov bildirib.