Planet əhalisinin üçdə birindən çoxu “vaxtda geri qalır”

17 İyul 2014 08:48 (UTC+04:00)

Bu yaxınlarda sosiologiya sahəsində tədqiqatlarını başa çatdırmış ekspertlər bildirirlər ki, planetimizin əhalisinin 75 faizi dünyada baş verən dəyişiklikləri izləməyə vaxt çatdıra bilmir. Həyatdan geri qalan insanların öz fikirlərinə görə isə, burada problem dünyanın çox yüksək templə dəyişməsindən ibarətdir.

Sosioloji tədqiqat prosesində mütəxəssislər hər bir iştirakçıdan özlərinin asudə vaxtını nəyə həsr etdiklərini qeyd etməyi xahiş ediblər. Məlum olub ki, gənc insanlar vaxtlarının çox hissəsini elektron cihazlara, daha dəqiq, oyunlara və onlardakı əlavələrə ayırırlar.

Sosioloqlar tərəfindən keçirilmiş tədqiqatların son nəticələri sübut edib ki, insan öz həyatını elektron cihazlara asılılığın formalaşmasına qədər dəyişdirən müasir texnologiyaların təsiri altında olur.