800-dən artıq PKK terrorçusu Türkiyədən Suriya ərazisinə keçib

16 İyul 2014 22:04 (UTC+04:00)

Kürd Fəhlə Partiyasının (PKK) 800-dən artıq terrorçusu Türkiyədən Suriya ərazisinə keçib. Bu barədə çərşənbə günü "Milliyyət" qəzeti xəbər yayıb.

Qəzetin məlumatına görə, PKK yaraqlılarının Suriyaya keçməsində məqsəd bu ölkədə yaşayan və "Cəbhə-ən-Nüsra" terror təşkilatının yaraqlılarına qarşı vuruşan kürdlərə yardım etməkdir.