Azərbaycanlı qız qaçırıldı

16 İyul 2014 23:22 (UTC+04:00)

Rusiyada azərbaycanlı gənc oğurlanıb. 


Anspress-in Rusiya mətbuatına istinadla verdiyi məlumata görə, bu barədə onun atası məlumat verib. 


Hadisə Sankt Peterburq şəhərinin Neva rayonunda baş verib. Belə ki, 21 yaşlı Azərbaycan vətəndaşı olan qız atasına oğurlanması barədə mesaj göndərib. 


60 yaşlı ata buunla bağlı ötən gün səhər saatlarında polisə müraciət edib. 


Adı açıqlanmayan Azərbaycan vətəndaşının sözlərinə görə, Rusiyanın şimal paytaxtına iyulun 13-də fövqəladə vəziyyətlə əlaqədar olaraq gəlib. 


Belə ki, iyulun 12-də axşam saatlarından onun telefonuna 1993-cü il təvəllüdlü qızından qaçırılması haqqında məlumatlar daxil olub. Qız bildirib ki, onu naməlum istiqamətdə aparırılar və heç bir tələb irəli sürülmür.