Separatçılar Donetskdə komendant saatı elan etdi

16 İyul 2014 19:04 (UTC+04:00)

Qəbul edilmiş qərara görə, komendant saatı axşam 11-dən səhər saat 6–yadək müəyyən edilib. Movqe.az xəbər verir ki, bu barədə sərəncamı qondarma "Donetsk Respublikası"nın lideri İqor Strelyakov imzalayıb. Qərar Donetskə "gözlənilən təhlükəni nəzərə alaraq və müdafiə məqsədi ilə" qəbul edilib. Sərəncama əsasən, Donetskin bəzi yerlərində və sərhəd rayonlarında hərbi vəziyyət tətbiq edilib və küçəyə çıxma qadağası qoyulub.