Məşhur yazıçının evinə oğru girdi

16 İyul 2014 19:13 (UTC+04:00)

Nobel mükafatı laureatı Orxan Pamukun Bəyoğlundakı evindən oğurluq edilib.Movqe.az hurriyet.com-a istinadən xəbər verir ki, yazıçının evindən notebook və foroaparat götürülüb. O, istirahət üçün Amerikaya gedib və qayıdanda bu mənzərə ilə qarşılaşıb. Pamuk üç həftə sonra hadisədən xəbər tutan kimi polisə məlumat verib. Hazırda yazıçının evindən oğurluq edən iki nəfər Türkiyə polisi tərəfindən axtarılır.