XİN: "Can Azərbaycan"

17 İyul 2014 11:14 (UTC+04:00)
Türkiyə xarici işlər naziri Əhməd Davudoğlu ölkəsi ilə Azərbaycan arasında olan iqtisadi əlaqələrdən söhbət açıb. 

ANS PRESS-in məlumatına görə, jurnalistin suallarını cavablandıran Əhməd Davudoğlu Azərbaycan qazının Türkiyə ərazisindən Avropa sərhədinə qədər nəqlini təmin edəcək Trans-Anadolu (TANAP) qaz kəmərinin inşaasının əhəmiyyətini vurğulayıb. 

O, qeyd edib ki, TANAP həyata keçiriləndən sonra hər iki ölkə arasındakı inteqrasiya sürətlənəcək. 

"Enerji inteqrasiyası dedik. Azərbaycanlı qardaşlarımızla birlikdə can Azərbaycan deyirəm. Amma can Azərbaycan deyə-deyə Türkiyə ilə inteqrasiya olmaz. TANAP-ı həyata keçirilsə inteqrasiya baş tutar. Bu zaman can Azərbaycan canan Türkiyə ilə birləşər. Biz İraqa da eyni gözlə baxdıq".