Adil Mirseyid vəfat edib

17 İyul 2014 11:40 (UTC+04:00)

Tanınmış şair və rəssam Adil Mirseyid vəfat edib. Bu barədə APA-ya Azərbaycan Yazıçılar Birliyinin mətbuat xidmətinin rəhbəri Xəyal Rza məlumat verib.


X.Rza qeyd edib ki, Adil Mirseyid bu gün səhər saat 7:00 radələrində yaşadığı mənzildə vəfat edib. O, şairin Bakıda dəfn olunması üçün müvafiq qurumlarla danışıqlar aparıldığını bildirib

 

Qeyd edək ki, A.Mirseyid uzun müddətdir qaraciyər serozundan əziyyət çəkirdi.