Nadir Qafarzadə yolunu bağlayanlardan danışdı

17 İyul 2014 12:02 (UTC+04:00)

Qalmaqallı açıqlamaları, şou-biznesdə etdiyi qeyri-adi layihələri ilə tanınan müğənni Nadir Qafarzadə "kiçik əjdaha" dediyi tələbəsi Rauf Bədəlzadə ilə olan duetini mediaya təqdim edib. Movqe.az-a açıqlama verən N.Qafarzadə bildirib ki, "Unutulur" adlı dueti dinləyicilər tərəfindən seviləcək:

"Mənə bu sənətə gələn zaman heç kimsə dəstək olmayıb. Daim yolumu bağlamaq istəyənlər olub. Məhz bu amili nəzərə alıb, istedadlı gənclərə dəstək olmağı qərara almışam. Bu gün də tələbəm Raufla birgə qədim Türk bəstələrindən olan "Unutulur" adlı mahnını dinləyicilərin ixtiyarına verdik. Bu mahnını iki versiyada lentə aldırmışıq. İlk versiyanı ötən ay etdik. Daha sonra növbəti versiyanı hazırladıq. Düşünürəm ki, duetimiz seviləcək. Rauf mənim dəstək olduğum ilk gənc olmayacaq. Münsif olduğum "Azərbaycanın səsi" layihəsində olan bir neçə tələbəmə kömək edəcəyəm. Raufla ifa etdiyim bu mahnıya klip çəkdirəcəyik. Ekran işi hazır olduqdan sonra, dinləyicilərin ixtiyarına veriləcək".

N.Qafarzadə və R.Bədəlzadənin "Unutulur" adlı duetini təqdim edirik: