Murad Arifin arıqlamasına xanımı kömək edib
17 İyul 2014 14:15 (UTC+04:00)
Bəstəkar-müğənni Murad Arif "Hər şey daxil"
verilişində qonaq olub.
Axşam.az-ın məlumatına
görə, arıqlamağından danışan sənətçi bu işdə ona həyat yoldaşının
da kömək etdiyini deyib:
"Arıqlamaq üçün illərlə əziyyət çəkmişəm. O idman
növü qalmamışdı ki, maraqlanmayım. Badmentondan tutmuş, fitnesə
qədər hər şeylə məşğul olmuşdum. Sonra dietoloqumun məsləhəti ilə
istədiyim qədər arıqladım. Bu işdə mənə həyat yoldaşım da dəstək
oldu. Gündə beş cür yemək bişirmək hər qadının işi deyil. Nazımla
oynayırdı. Onun qayğısı qarşısında pəhrizi pozmaq günah olardı.
Pəhriz bütün həyat tərzimi dəyişib. Yaşıl çay içirəm. Evimizə kərə
yağı alınmır. Yeməklər ancaq zeytun yağı ilə hazırlanır. Bütün
bunların sayəsində arıqlaya bildim".