“Məni dolların üstündəki kişiyə oxşadırlar”- Niyaməddin Musayev

17 İyul 2014 17:38 (UTC+04:00)
Xalq artisti Niyaməddin Musayev "Xəzər" telekanalında yayımlanan "Bizim gün" verilişinin qonağı olub. 


Movqe.az axşam.az-a istinadən xəbər verir ki, müğənni bir çox məşhurlara bənzədilməsindən danışıb: 

"Bir vaxtlar məni Corc Marinoviçə oxşadırdılar. Sonra toylarda "Çinqaçuk" deyirdilər. İndi də məni yüz dolların üstündəki kişiyə bənzədirlər. Bundan incimirəm. Hamısı xalqın sevgisidir. Onlar sevgilərini müxtəlif yanaşmalarla göstərirlər".