İyulun 18-nə olan astroloji proqnoz

18 İyul 2014 08:00 (UTC+04:00)

Qoç- qarşınıza qoyduğunuz məqsədlərə inadla, qətiyyətlə irəliləyin. Hədəfə çətinliklərlə də olsa, çatacaqsınız. Dəyər verdiyiniz insanda özünüzlə bağlı xoş təəssüratlar yaratmağa çalışın. Bizneslə məşğul olursunuzsa, sərmayədar tapa bilərsiniz. Bu şəxsin sayəsində daha geniş miqyaslı, gəlirli işlərlə məşğul ola bilərsiniz.

Şəxsi münasibətlər müstəvisindəki irəliləyişlər o qədər də önəmli dəyil. Romantik insanla münasibətlərdə dəyişikliklər ola bilər. Müsbət emosiyalar və xoş əhval axşam saatlarında olacaq. Özünüzü qoruyun. Səhhətinizdəki kiçik problemlər sizi narahat etməsin.

Buğa- peşəkar fəaliyyət baxımından əlverişli gündür. Mürəkkəb, çətin planlarla müqayisədə daha asan, rahat və rutin işlərə üstünlük verin. Qərar qəbul etməzdən əvvəl yaxşıca düşünün. Müstəqil çalışmağa can atın. Maliyyə məsələlərində diqqətli olun.

Yaxın ətrafınızdakı insanlardan yaxşı məsləhətlər alacağınızı düşünməyin.

Yaxınlarınızı və ailə üzvlərinizi dərhal anlamaq olmur. Amma münaqişə və ya qarşıdurmaya səbəb olmayın. Çətin situasiyalarda güzəştə getməyi bacarın. Səhhətinizdə yüngül problemlər yaransa, həkim resepti ilə almadığınız dərmanları qəbul etməyin. Əks təqdirdə durumu daha da ağırlaşdıra bilərsiniz.

Əkizlər- peşəkar fəaliyyət sahəsində çətinliklər yarana bilər. Dəstəyinə adət etdiyiniz tərəfdaşlar və ya müttəfiqlərin hərəkətlərində astagəllik var. Rəqiblər və bədxahlar fəallaşıblar. Pula görə mübahisə yarana bilər. Uzunmüddətli əməkdaşlıqla bağlı anlaşma, sövdələşmə üçün münasib zaman deyil. Yerinə yetirə bilməyəcəyiniz vədlər verməyin, ağır öhdəliklərə boyun olmayın.

Təcili həll tələb etməyən məsələləri yaxınlarla müzakirə etmək, hansısa abstrakt mövzularda mübahisələr aparmayın. Nə qədər praktik davransanız, işləriniz bir o qədər uğurlu olacaq.

Rahat davranın, özünüzü qoruyun.

Xərçəng- bütün diqqəti işə yönəltsəniz, ciddi uğurlara nail olacaqsınız. Ən ağır problemləri, ən çətin məsələləri müstəqil həll edin. Kimsədən yardım, dəstək və ya məsləhət gözləməyin. Uzunmüddətli planlaşdırma üçün əlverişli zamandır. Karyeranızın hansı istiqamətdə inkişaf edə biləcəyini düşünün. İndi həmin istiqamətdə ilk addımlar atmaq olar.

Şəxsi münasibətlərdə mənfi təmayüllərin təsiri güclüdür. Təmasları azaldın, yalnız sizi anlayan insanlarla ünsiyyətdə olmaqla kifayətlənin. Yaşam potensialının səviyyəsi aşağıdır. Özünüzü qoruyun, səhhətinizə fikir verin.

Şir- maraqlı və məhsuldar gün olacaq. Sərfəli işgüzar təkliflər ala bilərsiniz. Yeni tərəfdaş və ya müttəfiqlə əməkdaşlıq sərfəli, uzunmüddətli ola bilər. İş yerini dəyişmək üçün pis gün deyil. Amma bir şərtlə ki, fəaliyyət sahəsini yox, sadəcə, iş yerini dəyişəsiniz.

Gəlirlər istisna deyil.

Dostlarla ünsiyyət sizi sevindirəcək. Maraq və mövqelərinizi bölüşdürən insanlarla qarşılaşa bilərsiniz. Yeni romantik münasibətlərin başlanma ehtimalı çox deyil. Əvvəllər kəsilmiş əlaqələr bərpa olunacaq. Yaşam potensialının səviyyəsi yüksək deyil. Axşam saatlarında səhhətiniz və əhvalınız pozula bilər.

Qız- müsbət təmayüllərin təsiri artır. Gün uğurludur. Peşəkar fəaliyyət sahəsində yeni layihələr, təşəbbüslər və işlər üçün uğurlu gündür. Planlarınız qətiyyətli, cəsur olsun. Müttəfiq və tərəfdaşlar tapa bilərsiniz. Yeni münasibətlərə başlamaqdan çəkinməyin.

Günün ikinci yarısında gəlirlər olacaq. Alış-veriş uğurlu, sövdələşmə və anlaşmalar sərfəli olacaq. İşgüzar tərəfdaşlarla müansibətləri aktivləşdirmək üçün münasib zamandır.

Səhhətinizdə problemlər olmayacaq. İdmanla məşğul ola bilərsiniz.

Tərəzi- çox uğurlu gündür. Süst və tənbəl olmayın, bir yerdə oturmayın. Mühüm işə başlayıbsınızsa, onu yarımçıq qoymayın. Bir zamanlar məhsuldar tərəfdaşlıq etdiyiniz insanlardan yardım ala bilərsiniz. Təsadüfi görüş, tələsik söhbət karyeranızda yeni mərhələnin təməlinə çevriləcək.

Müsbət təmayüllərin təsiri yalnız peşəkar fəaliyyət müstəvisində hiss olunmayacaq. Şəxsi münasibətlərdə də durum pis deyil. Köhnə problemlər asanlıqla həllini tapacaq. Yeni problemlər yaranmır.

Qeyri-adi şəraitdə romantik görüş üçün münasib vaxtdır.

Əqrəb- hüquqi məsələlərin həlli, sənədləşdirmə, məmurlarla görüş və dövlət strukturlarının nümayəndələri ilə təmaslarda diqqətli, səlis olun. Nüfuzlu insanla mübahisələrdə mövqelərinizi qoruyun, yeni düşmən qazanmadan arqumentlərdən faydalanın. İşdə həmkarlarla münasibətdə sərvaxt və səmimi olun. Az sonra karınıza gələ biləcək məlumat alacaqsınız.

Günün ikinci yarısı qarışıq, təbəddülatlı olacaq. Hisslər mürəkkəbləşəcək, əsəblər tarıma çəkiləcək. Xoşagəlməz sürprizlər istisna deyil. Ailə üzvləri və yaxınlarınızla qayğıkeş davranın. Yaşam potensialının səviyyəsi yüksəkdir.

Axşam saatlarında gəzintiyə çıxın.

Oxatan- uğurlu gündür. Nəzərdə tutduğunuz işləri görə biləcəksiniz. Qətiyyətli olun, iradəli davranın, məqsədə doğru hərəkətdə astagəl olmayın. Barəsində yetərincə məlumat əldə edə bilmədiyiniz işlərdə ehtiyatlı və soyuqqanlı olsanız, gərəkli nəticə əldə edəcəksiniz. İşdə rəhbərlik uğurlarınızı görəcək. Düşünülməmiş addım atmayıb emosional danışmasanız, karyera inkişafı istisna deyil.

Günün ikinci yarısında situasiya qənaətbəxş olacaq. Yaşam potensialının səviyyəsi yüksəkdir. Rəqibləri üstələyə bilərsiniz.

Axşam saatlarını aktiv istirahətə həsr edin.

Oğlaq- eksperimentlər və riskli avantüralar yolverilməzdir. Sınanmış metodlardan, yaşam təcrübənizdən yararlanın. Maliyyə işlərində nə qədər ehtiyatlı olsanız, bir o qədər yaxşıdır. İdeyaları dərhal həyata keçirmək mümkün deyil. Bəzi məsələləri unutmamaq üçün harasa yazın.

Yeni əməkdaşlığa başlamağı düşünməyin.

Günün emosional fonu əlverişlidir. Yaxşı əhvalınızı qorumaqla yanaşı, yaxın ətrafınızdakı insanların pozitiv olmalarına çalışın. Dəvət aldığınız tədbirə yollanın.

Yaşam potensialının səviyyəsi yüksəkdir.

Dolça- kiçik problemlər, xoşagəlməz və ani olaylar az deyil. Lakin ümumi mənzərə ruhdan düşmək üçün səbəbə çevrilməməlidir. Hər şey planlaşdırdığınız kimi alınmayacaq. İmprovizələr edin. Ən ağır situasiyalardan öz maraqlarınızın təminatı üçün istifadə edin. Dəvlət aldığınız tədbirlərə, habelə seminar və ya konfranslara qatılmaq olar.

Yenilikləri əxz etməklə yanaşı, faydalı tanışlıqlar əldə etmək olar.

Axşam saatları ailəvi tədbir, ad günü, ziyafət və ya qonaqlıq üçün əlverişlidir. Qonaqları yaxşı qəbul edin. Bahalı hədiyyələr ala bilərsiniz. Geyim və ya zinyət əşyaları almaq üçün yaxşı gündür.

Balıqlar- bir qədər əvvəl başladığınız işləri təxirə salmadan, uzatmadan bitirin. Günü günə satmaqla yaxşı heç nəyə nail olmayacaqsınız. İşlər çox olsa da, vaxtı dəqiq bölüşdürsəniz, yaxşı nəticələr əldə edəcəksiniz. Yalnız çoxdan planlaşdırdığınız yeni işə başlamaq olar. Fərqli layihələr üçün qüvvə və perspektivlərinizi dürüst qiymətləndirin.

Şəxsi münasibətlərdə əhəmiyyətli dəyişikliklər ola bilər. Təmaslarda son vaxtlar yaranmış problemin çözülmə ehtimalı artır.