Kağızı hansı ağaclardan hazırlayırlar?

18 İyul 2014 08:35 (UTC+04:00)

Bu, onun təyinatından asılıdır, yəni qablaşdırma üçün istifadə edilən sərt və möhkəm kağızı əsasən yumşaq ağacdan- şam, küknar və s.-dən hazırlayırlar. Palıd və ağcaqayın kimi bərk ağaclardan isə mətbəədə istifadə edilən hamar və möhkəmliyi az olan kağızlar hazırlanır. Eyni zamanda istesalatda təkcə ağacdan yox, həmçinin makulatura və digər materiallardan da istifadə edilir. Xüsusi növ kağızlara, məsələn, əskinaslar üçün olan kağızlara pambıq və ya kətan da əlavə etmək olar.