“Mercedes”lə “Lexus” toqquşdu

18 İyul 2014 10:04 (UTC+04:00)

Bakının Nəsimi rayonunda yol qəzası baş verib. APA TV-nin məlumatına görə, hadisə Azadlıq və Bakıxanov prospektlərinin kəsişməsində qeydə alınıb. Elnur Məmmədovun idarə etdiyi "Mercedes" Yalçın Abidovun idarə etdiyi "Lexus"la toqquşub. Qəza nəticəsində xəsarət alan olmasa da, avtomobillərə ciddi ziyan dəyib. Hadisə yerinə Dövlət Yol Polisinin N'simi Rayon Şöbəsinin əməkdaşları gəliblər. Aparılan araşdırma zamanı məlum olub ki, qəzaya "Lexsus"un qırmızı işıqda keçməsi səbəb olub. Qəza ilə bağlı tıxac yarandığından avtomobillər hadisə yerindən evakuasiya olunublar. Faktla bağlı araşdırma aparılır.