BMT-ni təcili iclasa çağırdı- Türkiyə
18 İyul 2014 10:22 (UTC+04:00)
Türkiyə İsrailin Qəzzada yerüstü əməliyyatı ilə bağlı BMT
Təhlükəsizlik Şurasının, İslam Əməkdaşlıq Təşkilatının (İƏT) və
BMT-nin İnsan hüquqları Şurasının fövqəladə iclasınnın çağırış
təşəbbüsünə başlayıb. Trend Anadolu agentliyinə istinadən bu barədə
xəbər verir.Bu barədə Türkiyənin xarici işlər naziri Əhməd
Davudoğlu bildirib.Davudoğlu İsraili Qəzzada yerüstü əməliyyatlara
başladığına görə pisləyib və başqa ölkələrdən də bu cür
təşəbbüslərin gözləməsini vurğulayıb.
"Mən indicə BMT-nin baş katibi Pan Gi Mun ilə danışmışam. Biz BMT
TŞ-nin təcili açıq iclasına çağırış üzrə təşəbbüsünü başlayırıq", -
Türkiyə XİN rəhbəri deyib.