Tanınmış aktrisa əməliyyatdan sonra ilk dəfə danışdı - özəl
18 İyul 2014 12:22 (UTC+04:00)
Tanınmış aktrisa Naibə Allahverdiyeva əməliyyatdan sonra ilk dəfə
Mövqe.az-a danışdı. Aktrisa əməliyyatının çox uğurlu alındığını
qeyd etdi: " Çox kiçik əməliyyat keçirtmişəm. Bunu belə şişirtmək
lazım deyil axı. Gözümün üstdə kiçik problem var idi, onu yox
etdirdim. Çox uğurlu da keçdi. Ancaq bu əməliyyat yox, kiçik bir
kosmetik düzəliş idi".
Xatırladaq ki, bir neçə gün öncə Mövqe.az-a daxil olan özəl
məlumata görə, aktrisa İstanbul FBM klinikasında liposaksiya
və blefaroplastika əməliyyatları ( qarın piylərindən götüzdürüb,
göz ətrafına vurdurub) etdirib.