AZAL: Bu gün Bakıdan Kiyevə aviareys yerinə yetiriləcək

18 İyul 2014 13:40 (UTC+04:00)

"Azərbaycan Hava Yolları" QSC (AZAL) bu gün Ukraynanın paytaxtı Kiyevə aviareys yerinə yetirəcək.

Bunu "APA-Economics"ə açıqlamasında AZAL-ın mətbuat xidmətinin rəhbəri Məhərrəm Səfərli deyib.

AZAL-ın təyyarələrinin Azərbaycandan Ukraynaya reysləri Rusiya ərazisi üzərindən həyata keçirməsinə gəlincə, M. Səfərli bu barədə məlumata malik olmadığını söyləyib.

 

Xatırladaq ki, iyulun 17-də Ukraynanın Donetsk vilayətində "Malaysia Airlines" aviaşirkətinə məxsus, Amsterdam-Kuala-Lumpur marşrutu üzrə uçan "Boeing-777" tipli sərnişin təyyarəsi vurulub. Ukrayna dövləti təyyarənin ölkənin şərqində fəaliyyət göstərən Rusiyayönümlü terrorçular tərəfindən vurulduğunu bildirib.