Malayziya təyyarəsindən son anda qurtulan cütlük

18 İyul 2014 14:30 (UTC+04:00)

Şotlandiyadan olan ər-arvad "Malaysia Airlines"ə məxsus təyyarəyə möcüzə nəticəsində minməyiblər.

 

Körpə uşaqları ilə səyahət etməyə hazırlaşan Barri və İzi Sem cütlüyünə Amsterdam-Kuala Lumpur reysi ilə uçan hava laynerində yer tapılmayıb. Aeroport işçiləri onlara başqa reyslə uçmağı məsləhət görüblər.

 

Agentliyə müsahibə verən İzi Sem bildirib ki, onlar qəza ilə bağlı xəbəri eşidəndə şoka düşüblər: "Yəqin ki, göylərdə oturanlardan kimsə bizə baxıb və yazığı gəlib ki, bu təyyarəyə minməmişik. Axı məhz bu reyslə uçacaqdıq".(publika.az)