Ermənistanda Qarabağ müharibəsi veteranına 6 il həbs cəzası verilib

18 İyul 2014 15:29 (UTC+04:00)

Ermənistanda Qarabağ müharibəsinin veteranına 6 il həbs cəzası verilib.


APA-nın Ermənistan mətbuatına istinadən verdiyi məlumata görə, ehtiyatda olan polkovnik Volodya Avetisyan dələduzluq ittihamı ilə mühakimə olunub.

 

Konkret olaraq V. Avetisyan hərbi xidmətdən azad etmək, hərbi qulluqçuları bir hərbi hissədən digərinə keçirmək üçün vətəndaşlardan pul almaqda günahlandırılıb.

 

V. Avetisyanın özü isə məhkəmə prosesini siyasi təqibin nəticəsi kimi qiymətləndirib. O bildirib ki, hakimiyyət onu Qarabağ müharibəsi veteranlarının etiraz aksiyalarının təşkilinə görə cəzalandırıb.