MTRŞ telekanalla bağlı qərar verdi

18 İyul 2014 17:55 (UTC+04:00)
Bu gün Milli Televiziya və Radio Şurasının (MTRŞ) növbəti iclası keçirilib. MTRŞ-nın mətbuat xidmətindən Movqe.az-a verilən məlumata görə, iclasda "Azərbaycan Televiziya və Radio Verilişləri" Qapalı Səhmdar Cəmiyyətinin "İdman Azərbaycan" kanalının televiziya yayımı üçün xüsusi razılıq (lisenziya) müddətinin uzadılması barədə müraciətinə baxılıb. Toplantıda kanalın televiziya yayımı üçün xüsusi razılıq müddətinin daha 6 il uzadılması barədə qərar qəbul edilib.