Bakıda minik avtomobili aşdı

7 İyul 2012 21:09 (UTC+04:00)
Movqe.Az xəbər verir ki, Bakıda minik avtomobili aşdı, ölənlər var.

Hadisə nəticəsində iki nəfər ölüb. Bu gün saat 01:15 radələrində Xocahəsən-Lökbatan yolunda Bakı şəhər sakini Fuad Gülüyev idarə etdiyi "QAZ-3110" markalı avtomobili aşırıb, nəticədə özü və sərnişini - Abşeron rayon sakini Elxan Məmmədov hadisə yerində ölüblər.

Faktla bağlı araşdırma aparılır.

Türkan Nadirqızı

Movqe.Az