Niyam Bakıdan getdi

18 İyul 2014 17:54 (UTC+04:00)

Sabah, yəni iyulun 19-da "Atlant" Ailəvi İstirahət və Əyləncə Mərkəzində reper Qurdun konsert proqramı keçiriləcək. Movqe.az-ın məlumatına görə, əyləncəli musiqili gecə "Rəqs edəcək hər kəs" adlanır. Konsert proqramı saat 20:00-da başlayacaq.

Konsertin fəxri qonağı sevilən müğənni Niyam Salamidir. N. Salami konsert proqramı ilə əlaqədar bu gün Nabrana yollanıb.