Daha bir kanalın lisenziya müddəti uzadıldı

18 İyul 2014 19:00 (UTC+04:00)

Bu gün Milli Televiziya və Radio Şurasının növbəti iclası keçirilib.


MTRŞ-nın mətbuat xidmətindən anspress-ə verilən məlumata görə, iclasda "Azərbaycan Televiziya və Radio Verilişləri" Qapalı Səhmdar Cəmiyyətinin idman kanalının - "İdman-Azərbaycan"nın televiziya yayımı üçün xüsusi razılıq (lisenziya) müddətinin uzadılması barədə müraciətinə baxılıb.


İclasda İdman kanalının televiziya yayımı üçün xüsusi razılıq (lisenziya) müddətinin daha 6 il uzadılması barədə qərar qəbul edilib.