Qırğız hərbi vertolyotu Tanrı dağında qəzaya uğradı

18 İyul 2014 18:52 (UTC+04:00)

Qırğızıstanın hərbi vertolyotu İssık gölü ətrafında qəzaya uğrayıb. Movqe.az xəbər verir ki, Baş Qərargahdan verilən açıqlamaya görə, Qırğızıstan Silahlı Qüvvətlərinə aid Rusiya istehsalı olan vertolyot Tanrı dağında ayağı qırılan alpinisti xilas edərkən güclü külək üzündən qəzaya uğrayıb. Açıqlamada vertolyot heyətinin və alpinistin xilas olduğu ifadə edilib. Qəzanı araşdırmaq üçün qurulan komissiya incələmə aparmaq üçün hadisə yerinə yollanıb.