Bir sıra marketlərdə çəki azalır, qiymət dəyişmir

19 İyul 2014 08:34 (UTC+04:00)

Vətəndaşlar bəzi qablaşdırılmış məhsul alanda bir daha diqqətli olmalıdırlar. Çünki, bəzi marketlər belə demək olarsa, yeni maxinasiyaya əl atıblar. Qablaşdırılmış məhsulun qiymətini saxlamaqla çəkisini və həcmini hiss olunmayacaq dərəcə azaldırlar. Bu isə məhsulun baha satılması deməkdir. Market sahiblər etdikləri əməli bahalaşma ilə əlaqələndirirlər. Mütəxəssislər isə burada alıcları diqqətli olmağa səsləyirlər.

Arqar məsələlər üzrə ekspert Vahid Məhərrəmov bildirdi ki, bizdə ərzağın satışı, qiymətlə bağlı aparılan siyasət bazar iqtisdiyyaıtna uyğundur: "Yəni, məhsullar dövətin inhisarında deyilsə, dövlət sahibkara dotasiya vermirsə, sahibkarın zərərini kompensasiya etmirsə, sahibkar qiyməti müəyyənləşdirməkdə, onun çəkisini artırıb-azaltmaqda tam müstəqildir. Sahibkar malın çəkisini azaldıb istehlakçıya təqdim edə bilər. Artıq istehlakçı onu müqayisə etməlidir. Yəni, sahibkar bilərkdən manipulasiya edir, çəkini azaltmaqla alıcını aldadır. Burada istehlakçını üzərinə iş düşür. O, həm çəkiyə, həm də qiymətə, məhsulun saxlama şəraitinə və müddətinə fikir verməlidir. Bazar iqtisadiyyatı məhz bu formada fəaliyyət göstərməlidir. Dövlət strateji əhəmiyyət kəsb edən məhsulun qiymətinin qaldırılmasının qarşısını ala bilər. Yəni, həmin istehsal dövlətin özünün nəzarətində olduğu halda müdaxilə edəcək. Digər halda mümkün deyil. Dövlət hansısa məhsulun satışına kompensasiya ayırırsa və sahibkar zərərə məruz qalmaması üçün xərclərinin bir hissəsini özü üzərinə götürürsə, bu halda dövlət bazarları, qiymət artımınının, çəki azalmasının qarşısını ala bilər. Ancaq indiki vəziyytdə hökumətin qarışmağa ixtiyarı yoxdur. Sahibkar ola bilsin, çıxış yolunu manipulasiya etməkdə görür. İnsanların psixologiyasını nəzərə alır ki, insanlar eyni məhsulun xarici görkəminə uyğun olaraq eyni dəyərdə görür. Ona görə məhsulun çəkisini azaltsa, biz onu hiss etməyəcik. Yəni, psixologiya məsələsindən sahibkarlar sui-istifadə edir. Hüquqi müstəvidə burada nəyəsə nail ola bilmərik. Sahibkarlar da izafi xərcə məruz qalırlar. Biznesin inkişaf etdirilməsində çıxış yolundan biri kimi də bunu görürlər".

Azərbaycan Tacirlər və Ticarətçilər Birliyinin sədri Sevgim Rəhmanov bildirdi ki, sahibkarın qiymət siyasətinə dövlət müdaxilə edə bilməz. "Sahibkar qiymətə və çəkiyə özü qərar verir. Yəni, eyni çəkidəki məhsulu fərqli marketlər fərqli qiymətə sata bilər. Buna da heç kim müdaxilə edə bilməz. Bu, ancaq qiymətin süni şəkildə qalxması deməkdir. Amma burada istehlakçının hüququn pozulmasında söhbət gedə bilməz. Həm də bunu bütün marketlər edə bilməz. Əgər bütün satış məntəqələri süni şəkildə qiyməti qaldırarsa, inzibati müdaxilə mümkündür. Burada istehlakçının üzərinə iş düşür. O, özü seçim etməlidir. Biz azad bazar iqtisadiyyatı şəraitində yaşayırıq. Sadəcə, belə halları alıcılara çatdırmaq lazımdır ki, hansısa marketdə gizli surətdə qiymət artımı var".