Nüvə danışıqlarının vaxtı uzadıldı

19 İyul 2014 10:24 (UTC+04:00)
İranın nüvə proqramına dair danışıqların vaxtı noyabr ayının 24-nə kimi uzadılıb.Movqe.az ANS PRESS-ə istinadən xəbər verir ki , ötən gün Avstriyanın paytaxtı Vyanada avropalı rəsmilərlə Tehran təmsilçiləri arasında keçirilən görüşdə bu cür qərar qəbul olunub. Avropa Birliyinin xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə ali komissiyasının sədri Ketrin Eşton bildirib ki, İranla danışıqlarda, ümumilikdə, müəyyən irəliləyişlər əldə olunub, lakin bəzi prinsipial məsələlər hələ də öz həllini tapmayıb.

Vəziyyətlə əlaqədar danışıqların davam etdirilməsi əsas görülüb. Eşton danışıqların növbəti mərhələsi barədə açıqlama verməyib.

5+1 ölkələri ilə İran arasında baş tutan sonucu görüşlərdə tərəflərin yekun razılığa gələcəyi gözlənilsə də, dialoqlar uğursuz nəticə vermişdi.

Qərb ölkələri İranın nüvə proqramı həcmini azaltması müqabilində rəsmi Tehrana qarşı ağır iqtisadi sanksiyaların ləğv ediləcəyini vəd verir.