Rusiyadan Fələstin açıqlaması

19 İyul 2014 12:08 (UTC+04:00)
Rusiyadan İsrailin Qəzzaya istiqamətli hücumları ilə bağlı rəsmi mövqe bildirilib.

Movqe.az-ın ANS PRESS-ə istinadən xəbərinə görə, Xarici İşlər Nazirliyinin rəsmi saytında vəziyyətin pisləşməsi ilə əlaqədar dərin narahtlığını bildirən nazirlik "Tərəfləri bir daha hərbi qarşıdurmanı sona çatdırmaq üçün mümkün olan hər şeyi etməyə çağırırıq" deyə açıqlamada qeyd edilib.

Bundan əlavə yayılan məlumatda bildirilir ki, baş verən qarşıdurmada aralarında qadın və uşaqlar da olan mülki şəxslər arasında itkilərin artması ayrıca narahatlıq verir.

Şərhdə Rusiyanın gərək ikitərəfli gərəksə də digər ölkələrin iştrakı ilə Qəzzada yaşanan böhranın həlli adına müzakirələrə qatılmağa hazır olduğu qeyd edilir.